Hindistanda ildırım 17 nəfəri öldürdü

  • 23:15 - 18 Sentyabr

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 17 nəfər həlak olub.

Ölüm halları bir sutka ərzində ştatın müxtəlif ərazilərində qeydə alınıb.

Bihar ştatında leysan yağışlar davam edir. Yağıntılar nəticəsində Qanq çayının səviyyəsi normadan xeyli yüksəlib.

 

Sahil zonalarda yaşayan sakinlərə xəbərdarlıq edilib. Bəzi yerlərdə daşqınlar da qeydə alınıb.

 

 

trend


Oxunma sayı: 4731

Oxşar yazılar