Rusiya Prezidenti ilə Səudiyyə Ərəbistanın Müdafiə naziri arasında telefon danışığı olub

  • 22:04 - 18 Sentyabr

Rusiya Prezidenti Vladimir Putin ilə Səudiyyə Ərəbistanının Müdafiə naziri, şahzadə Məhəmməd bin Salman Al Saud arasında telefon danışığı olub.

 Kremlin mətbuat xidmətinin məlumatına görə, tərəflər sentyabrın 14-də “Saudi Aramco” neft-qaz şirkətinin müəssislərinə hücumla bağlı məsələləri müzakirə ediblər.

OPEK+ çərçivəsində sövdələşmələr, karbohidrogen bazarında vəziyyət və V.Putinin Səudiyyə Ərəbistanına gözlənilən səfəri ilə bağlı məsələlər də müzakirə mövzusu olub.


Oxunma sayı: 6601

Oxşar yazılar