Mövlud Çavuşoğlu Türk Şurasının Budapeşt ofisinin açılışında iştirak edəcək

  • 21:48 - 18 Sentyabr

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) Budapeşt ofisinin açılışında iştirak edəcək.

Cümə axşamı keçiriləcək açılış mərasimi ilə bağlı bəyanatı Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto yayıb.

Macarıstanlı nazirin sözlərinə görə, açılış mərasimində Türk Şurasının üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan nümayəndə heyətləri də iştirak edəcəklər. Bu ölkənin Baş Naziri Viktor Orban nümayəndə heyətlərini qəbul edəcək.

Bəyanatda bildirilir ki, “ofisin açılması Türk Şurası, Türk Akademiyası ilə Şurada müşahidəçi statusa malik olan Macarıstan arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm hadisə olacaq”.


Oxunma sayı: 8625

Oxşar yazılar