Rumıniyada avtoralli zamanı baş vermiş qəza nəticəsində altı nəfər xəsarət alıb

  • 21:12 - 18 Sentyabr

Rumıniyanın Krayova şəhərində avtomobil yarışı zamanı qəza baş verib.

Ralli zamanı avtomobillərdən biri yoldan çıxaraq tamaşaçıların üzərinə hərəkət edib. Nəticə altı nəfər xəsarət alıb. Xəsarət alanlar arasında uşaqlar da var. Onların hamısı xəstəxanalara yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanları avtomobilin texniki vəziyyətini yoxlayırlar.
 


Oxunma sayı: 16644

Oxşar yazılar