Qazaxıstanda yüksək dövlət vəzifələrinə təyinatlar olub

  • 18 Sen - 2019

Qazaxıstanda yüksək dövlət vəzifələrinə təyinatlar olub. 

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin sərəncamları ilə Yerlan Koşayev Qazaxıstan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Krımbek Kuşerbayev Dövlət katibi vəzifələrinə təyin ediliblər.

Qazaxıstanın dövlət başçısının daha bir Sərəncamı ilə Muxtar Tleuberdi ölkənin yeni Xarici İşlər naziri təyin olunub. Bundan başqa, Roman Sklyar Baş Nazirin müavini, Qalımjan Koyşıbayev Baş Nazirin dəftərxanasının rəisi, Beybut Atamkulov Sənaye və İnfrastrukturun İnkişafı naziri vəzifələrinə təyinat alıblar.


Oxunma sayı: 584

Oxşar yazılar