Liberiyada dəhşətli faciə: məktəbin yanması nəticəsində 30 uşaq həyatını itirib

  • 20:02 - 18 Sentyabr

Afrikanın qərbində yerləşən Liberiyada dəhşətli faciə baş verib.

Bu ölkənin Paynesvill şəhərində taxtadan tikilmiş məktəb binasının yanması nəticəsində 30 məktəbli ölüb.

Liberiyanın Prezidenti Corc Veh faciə ilə bağlı müraciətində ölən uşaqların ailələrinə başsağlığı verib.

Yerli polis yanğının səbəbləri ilə bağlı təhqiqat aparır. Bildirilir ki, bu məktəb internat tipli təhsil ocağı olub və yanğın gecə saatlarında baş verdiyindən yatan uşaqları xilas etmək mümkün olmayıb. Məktəbdə azyaşlılara müqəddəs Quran öyrədilirdi.


Oxunma sayı: 13058

Oxşar yazılar