Donald Tramp milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayıb

  • 19:28 - 18 Sentyabr

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə yeni müşaviri Robert O'Brayen olacaq.

Bu barədə ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində yazıb.

"Hazırda Dövlət Departamentində girovlarla iş üzrə prezidentin xüsusi elçisi kimi uğurla çalışan Robert O'Brayeni milli təhlükəsizlik üzrə yeni məsləhətçimiz olaraq təyin edəcəyimi elan etməkdən məmnunam. Robert ilə çoxdan və uzun müddət işləmişəm. O, işinin öhdəsindən əla gələcək", - D.Tramp yazıb.

Xatırladaq ki, ABŞ prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu ötən həftə istefaya göndərib.


report


Oxunma sayı: 11408

Oxşar yazılar