Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

  • 19:10 - 18 Sentyabr

Vergilər naziri Mikayıl Cabbarov sentyabrın 25-də Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Qazax yolunun 118-ci kilometrliyi) Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Avropa.info-ya bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar sentyabrın 18-23-də 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ağsu və Qobustan rayonları Vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.


Oxunma sayı: 5039

Oxşar yazılar