İstanbulda kimya fabrikində baş vermiş yanğının söndürülməsi işləri davam etdirilir

  • 18:22 - 18 Sentyabr

İstanbulun Tuzla rayonundakı kimya fabrikində baş verən yanğının söndürülməsi işləri davam edir.

Avropa.info xəbər verir ki, yerli vaxtla saat 14:55-də fabrikdə güclü partlayış baş verib.

Alovun qarşısının alınması üçün cəlb edilən yanğınsöndürmə briqadasının altı əməkdaşı qatı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə nəticəsində ətrafdakı avtomobillər də yanıb.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.


Oxunma sayı: 5919

Oxşar yazılar