Polis vətəndaşı son anda qatilin əlindən aldı

  • 17:46 - 18 Sentyabr

Məqsədi vətəndaşı öldürmək olan şəxsi polis zərərsizləşdirib.

İctimai təhlükəli əməl şəxsi münasibətlərin pozulması zəminində baş verib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Avropa.info-ya məlumat verib. 

Xidmət rəisi bildirib ki, 1992-ci təvəllüdlü Bakı şəhər sakini R.Məmmədova bıçaqla bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini H.Aslanov ərazidə xidmət aparan Nəsimi RPİ Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində saxlanılaraq, müvafiq polis şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi RPİ-də araşdırmalar aparılır, ictimai təhlükəli əməlin təfərrüatları öyrənilir. Xəsarət alan şəxsin vəziyyəti qənətbəxşdir, xəstəxanaya yerləşdirilib.

Onu da qeyd edək ki, bu hadisə ilə bağlı sosial mediada video görüntülər yayılıb. Həmin görüntülərdə R.Məmmədovun qanlar içində necə xilas olunduğu əks olunub.


Oxunma sayı: 9087

Oxşar yazılar