Mariya Stadnik ikinci dəfə dünya çempionu oldu

  • 16:49 - 18 Sentyabr

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, bu gün qadın güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Görüş Mariyanın inamlı qələbəsi ilə başa çatıb - 13:0. Bununla da güləşçimiz ikinci dəfə dünya çempionu adını qazanıb. O, ilk dəfə 2009-cu ildə mundialın qalibi olub.

Qeyd edək ki, Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.


Oxunma sayı: 5479

Oxşar yazılar