“Karyeramın sonunda Messidən üstün olmalıyam” – Ronaldo

  • 14:25 - 18 Sentyabr

“Messi adını tarixə yazdırdı. Ancaq karyeramın sonunda 6, 7, 8 mükafatla ondan üstün yer tutmalıyam. Bunun həqiqətən istəyirəm. Məncə haqqımdır da”.

Avropa.info xəbər verir ki, bu sözləri İngiltərənin İTV telekanalındakı proqrama dəvət olunan portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldo Messinin beşinci dəfə “Qızıl top” mükafatını almasını şərh edərkən deyib. 

İtaliyanın “Yuventus” formasını geyən Ronaldo Messi ilə münasibətləri barədə bunları deyib:

“Dost deyilik, amma 15 ildir eyni səhnəni bölüşürük. Onun varlığı məni daha yaxşı futbolçu olmağa məcbur etdi. Mən də onu”.

Klub karyerasında 5 UEFA Çempionlar Liqası kubokunu, milli komanda ilə Avropa çempionluğunu qazanan Ronaldo “Mən rekordları deyil, rekordlar məni izləyir. Uğura aludəçiliyim var. Bunun pis olduğunu düşünmürəm. Məni motivasiya edən şey də budur” deyib.


Oxunma sayı: 4863

Oxşar yazılar