Sabiq erməni məmurlar yenidən həbs olunacaq - Ermənistan mətbuatı

  • 11:56 - 18 Sentyabr

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı Artur Vanetsyanın istefasından sonra sabiq hökumət məmurlarına qarşı həbslər bərpa olunacaq.

Avropa.info xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazıb. Qəzetin yazdığına görə, cinayət işlərinin dayandırılması sabiq MTX başçısının “birbaşa xidməti” sayəsində olub.

Qeyd edək ki, 16 sentyabrda Artur Vanetsyan ölkədə baş verən xaosun zabit poqonları ilə bir araya sığımadığını əsas deyərək, istefa vermişdi.


Oxunma sayı: 10451

Oxşar yazılar