Sabiq deputat YAP-dan qovuldu

  • 11:52 - 18 Sentyabr

Nazim Məmmədov YAP sıralarından uzaqlaşdırılıb və onun partiya ilə heç bir əlaqəsi yoxdur.

Avropa.info xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidməti SİA-nın sorğusuna cavab olaraq deyib. Mətbuat xidmətindən qeyd edilib ki, keçmiş millət vəkili Nazim Məmmədov 2000-ci ildən YAP-ın üzvü olub. Lakin 2010-cu ilin parlament seçkilərində qeyri-etik davranışına və Partiyanın Nizamnamə tələblərinə, prinsiplərinə zidd hərəkətinə görə YAP-ın sıralarından uzaqlaşdırılıb.

“Artıq Nazim Məmmədovun partiya ilə heç bir əlaqəsi yoxdur və YAP-ı təmsil etmir”, - məlumatda bildirilib.

Qeyd edək ki, son vaxtlar keçmiş millət vəkili Nazim Məmmədovun sosial şəbəkələrdə və bəzi KİV-lərdə etdiyi çıxışları onun “siyasi mövqeyini” dəyişdiyini göstərir.


Oxunma sayı: 5853

Oxşar yazılar