“Tramp istərsə, qapılarımız açıqdır” – “Taliban” rəsmisi

  • 11:17 - 18 Sentyabr

“ABŞ prezidenti Donald Tramp danışıqlara davam etmək istərsə, qapılarımız açıqdır”.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə “Taliban” hərəkatının baş müzakirəçisi Şir Məhəmməd Abbas Stanikzay çıxış edib. “Taliban” rəsmisi BBC-yə verdiyi müsahibədə Əfqanıstanda sülhün bərqərar olmasının tək yolunun danışıqlardan keçdiyini deyib.

Qeyd edək ki, ABŞ prezidenti “Taliban”la aylarla davam edən danışıqlardan sonra 8 sentyabrda bir tvit ataraq Kemp Deviddə nəzərdə tutulan gizli görüşü ləğv etdiyini bildirmiş, “Taliban” ilə imzalanması gözlənilən müqavilənin dalana dirəndiyini və danışıqların öldüyünü demişdi.

Xatırladaq ki, danışıqların ləğvi qərarı 6 sentyabrda Kabildə baş verən hücumda 1 amerikan əsgərinin ölməsi hadisəsindən sonra verilmişdi.


Oxunma sayı: 5787

Oxşar yazılar