Bakıda "Maserati"nin vurduğu piyada ölüb, sürücü isə qaçıb

  • 23:50 - 17 Sentyabr

Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

APA xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Maserati" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Piyadanı vuran sürücü hadisə yerindən yayınıb. Yaralı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.


Oxunma sayı: 4423

Oxşar yazılar