Türkiyəli güləşçi Rıza Kayaalp 4-cü dəfə dünya çempionu olub

  • 23:33 - 17 Sentyabr

Türkiyəli güləşçi Rıza Kayaalp 4-cü dəfə dünya çempionu olub. 

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 130 kq çəki dərəcəsində yarışan türkiyəli güləşçi finalda kubalı Oskar Pino Hindslə qarşılaşıb. 

Final görüşü türkiyəli güləşçinin qələbəsi ilə başa çatıb. 

Bununla da Rıza Kayaalp yunan-Roma güləşi üzrə 4-cü dəfə dünya çempionu adını qazanıb. 

Qeyd edək ki, R. Kayaalp 2011, 2015 və 2017-ci illərdə keçirilən dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


Oxunma sayı: 7030

Oxşar yazılar