Prezident İlham Əliyev Çili Prezidentini təbrik edib

  • 21:30 - 17 Sentyabr

Azərbaycan Prezidenti İlham Əliyev Çili Prezidenti Sebastian Pinyera Eçenikeyə ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Avropa.info-nun xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə

Çili Respublikasının Prezidenti Zati-aliləri cənab Sebastian Pinyera Eçenikeyə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.


 


Oxunma sayı: 4621

Oxşar yazılar