Əbülfəs Qarayev: "Mehriban Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının təmir-bərpası aparılır"

  • 20:55 - 17 Sentyabr

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Gəncə Dövlət Dram Teatrının yeni binasının Heydər Əliyev Fondu tərəfindən təmir-bərpası aparılır". 

APA-nın məlumatına görə, bunu Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən 147-ci teatr mövsümünün açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib. 

Nazir təmir-bərpa işləri ilə tanış olduğunu bildirib: "Mən əminəm ki, təmirdən sonra Gəncə Dövlət Dram Teatrının çox möhtəşəm binası olacaq. Bununla da bizim Gəncədə yeni bir teatr binamız fəaliyyətə başlayacaq. Bu işlər hamısı zəruri və lazımlı addımlardır".


Oxunma sayı: 4148

Oxşar yazılar