Menderesin edamının 58-ci ildönümündə Ərdoğandan başsağlığı mesajı

  • 17:12 - 17 Sentyabr

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabiq nazir Adnan Menderes, Fatin Rüştü Zorlu və Həsən Polatkanın edam olunmasının 58-ci ildönümü münasibətilə mesaj yayıb.

Avropa.info xəbər verir ki, Ərdoğan adı çəkilən şəxslərin edamının ildönümünü böyük hüznlə yad etdiyini deyib.

“Mərhum Menderes baş nazirliyi dövründə apardığı böyük mübarizə ilə Türkiyənin iqtisadi cəhətdən firavan, siyasi cəhətdən daha demokratik və azad ölkə halına gəlməsi üçün çalışıb. “Yetər, söz millətindir” şüarı ilə 10 il qədər fasiləsiz müddətdə davam edən millətə xidmət yolu 27 may 1960 hərbi çevrilişi nəticəsində həzin sonla bitmişdir. 

Vəfatından keçən 58 ilə rəğmən mərhum Mendersin və yoldaşlarının hələ də xeyir və şükranla yad edilmələrinin səbəbi millətimizin cinahında yer almış olmalarıdır. Mərhum Menderesin demokratiya və inkişaf mübarizəsində atdığı cəsur addımlar bizlər üçün ilham qaynağı olmağa davam edir.

Yaxın siyasi tariximizin görkəmli şəxsiyyətləri arasında yer alana mərhum Adnan Menderes, Fatin Rüştü Zorli və Həsən Palatkanı vəfatlarının 58-ci ildönümündən bir kəs daha rəhmətlə yad edirəm. Millətimizin qəlbində şəhid siması ilə yer almış Menderes və yoldaşlarına Allahdan rəhmət, nəcib millətimizə başsağlığı diləyirəm”.

Xatırladaq ki, adı çəkilən şəxslər 1961-ci ildə Yassıada məhkəməsi tərəfindən çıxarılan hökmlə 16-17 sentyabr tarixlərində edam olunmuşdu.


Oxunma sayı: 5248

Oxşar yazılar