Stadnik dünya çempionatının finalında

  • 16:22 - 17 Sentyabr

Azərbaycanı Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında təmsil edən Mariya Stadnik yarımfinal görüşünü keçirib.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, Yanan Sunla (Çin) qarşılaşan idmançımız 6:4 hesablı qələbə ilə finala yüksəlib.

Qeyd edək ki, güləşçimizin sentyabrın 18-də keçiriləcək həlledici görüşdəki rəqibi Emilia Alina Vuç (Rumıniya) olacaq.


Oxunma sayı: 5479

Oxşar yazılar