Həbib məğlub etdiyi rəqibinin xeyriyyə fonduna 100 min dollar bağışladı

  • 15:25 - 17 Sentyabr

Dağıstanlı döyüşçü, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov sabiq rəqibi Dastin Poryenin xeyriyyə fonduna 100 min dollar bağışlayıb.

Avropa.info xəbər verir ki, bu barədə MMA Junkie yazıb.

“Bu əladır ki, çünki xeyli adama köməyi dəyəcək. Onun köməyini çox qiymətləndirirəm və çox minnətdaram” – Porye belə deyib.

Dastin Porye UFC prezidenti Deyn Uaytın da öz hesabından analoji məbləğdə pul ayıracağını təsdiqləyib. Döyüşçüyə məxsus “The Good Fight” səxavətli ianə üçün Həbibə təşəkkür edərək, onun “sözünün üstündə duran adam” adlandırıb.

Qeyd edək ki, 7 sentyabrdan 8 sentyabra keçən gecə Əbu-Dabidə keçirilən döyüşdə Dastin Poryeyə qalib gələn Həbib Nurməhəmmədov döyüşdən sonra rəqibi ilə maykaları dəyişdirmişdi. O, geydiyi maykanı satışa çıxararaq, əldə olunan pulu rəqibinin xeyriyyə fonduna bağışlamağa söz vermişdi.

Qeyd edək ki, Dastin Poryenin fondu Uqandada piqmey kəndində su quyularının açılması və məktəb tikintisi layihələri ilə məşğul olur. 


Oxunma sayı: 8097

Oxşar yazılar