İranda polislərlə silahlılar arasında atışma: 1 polis ölüb, 3-ü yaralanıb

  • 15:21 - 17 Sentyabr

İranın Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində polislərlə silahlılar arasında atışma baş verib.

Avropa.info APA -ya istinadən xəbər verir ki, bunu İranın Sistan və Bəlucistan vilayətinin İranşəhr rayonu prokuroru Möhsün Qolməhəmmədi deyib.

Onun sözlərinə görə, atışma nəticəsində 1 polis ölüb, daha 3 polis yaralanıb.

Silahlılar avtomobillə hadisə yerindən qaçıblar.

Cinayəti törədən şəxslərin axtarışı davam etdirilir.


Oxunma sayı: 5952

Oxşar yazılar