Naftalandan “şokalad vannasında” foto paylaşan məmur qadın üzr istədi – Və məqsədini izah etdi...

  • 14:54 - 17 Sentyabr

Ulyanovsk vilayətinin qubernatorunun müşaviri Svetlana Openışeva Naftalandan “şokalad vannasında” paylaşdığı fotolara görə hamıdan üzr istəyib. 

Openışeva Facebook səhifəsində bu fotoları sadəcə olaraq “Azərbaycanda möhtəşəm və bahalı olmayan istirahətə” diqqəti cəlb etmək üçün paylaşmışdı.

“Əziz dostlar. Mənim postumdan hiddətlənən və ya özünün təhqir olunmuş sayan hər kəsdən publik olaraq üzr istəyirəm. Bir anlıq da olsun kimisə incitmək niyyətində olmamışam, sadəcə olaraq belə alındı ki, kiminsə hisslərinə toxundum və belə olduğu üçün peşimanam. Sadəcə olaraq möhtəşəm Azərbaycan dövlətində bahalı olmayan və möhtəşəm istirahətə diqqəti cəlb etmək istəyirdim, amma görünür uyğun forma seçməmişəm. Bir daha məni bağışlamanızı xahiş edirəm”,-məmur yazıb.

Virtualaz.org 


Oxunma sayı: 6612

Oxşar yazılar