Məhkəmə Köçəryanın həbs qərarını qüvvədə saxladı – Əleyhdarları qələbə yürüşü keçirdi

  • 14:36 - 17 Sentyabr

Həbsdə olan sabiq Ermənistan prezidentinin məhkəmə prosesi keçirilib.

Avropa.info xəbər verir ki, İrəvan məhkəməsinin hakimi Anna Danibekyan həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edərək Köçəryanın həbsdə qalmasına qərar verib. Hakim qərarın Apelyasiya məhkəməsinə göndərilə biləcəyini deyib.

Məhkəmə prosesi ilə yanaşı bina qarşısında Köçəryan tərəfdarı və əleyhdarlarının aksiyası da keçirilib. Qərarı öyrənən Köçəryan əleyhdarları “Qələbə! Köçəryan mühakimə olundu” şüarı səsləndirərək, fişənglər yandırıb, şəhərdə yürüş keçiriblər.

Xatırladaq ki, sabiq Ermənistan prezidenti 2018-ci ildə iki dəfə həbs olunub. Bu ilin 25 iyununda isə onun barəsində üçüncü dəfə həbs-qətimkan tədbiri seçilib.


Oxunma sayı: 5204

Oxşar yazılar