Sürücü törətdiyi qəzada öldü

  • 14:18 - 17 Sentyabr

Neftçala şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. 

Avropa.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.  

Bildirilib ki, sentyabrın 16-da saat 14 radələrində Neftçala şəhəri ərazisində Astara rayon sakini Əliağa Cəfərov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 4082

Oxşar yazılar