İmişli şəhərində gənclər məktəblilərə dəstək oldular – Foto

  • 12:39 - 17 Sentyabr

İmişli şəhərində könüllü olaraq fəaliyyət göstərən Ziyalı Gənclər Maarifçi Klubunun sədri Ziya Rzayevin təşəbbüsü ilə bu ilin avqustun 1-də başlanan "Mənim təhsilim sənin əlindədir" adlı aksiya 15 sentyabr - Bilik günündə yekunlaşıb. 

Avropa.info xəbər verir ki, aksiyada 56 aztəminatlı ailələrin uşaqları üçün məktəbli çantası, məktəbli forması və ləvazimatlar təqdim edilib. 

Aksiyaya təkcə İmişli şəhərindən deyil, respublikanın bir çox bölgəsindən qoşulanlar olub. Onlar bir yerə topladıqları məbləğ qarşılığında aztəminatlıailələrin övladları üçün çanta, forma və ləvazimatlar alıblar. Aksiya ictimaiyyət tərəfindən müsbət qarşılanıb. 

Tədbirə qatılan ailələr övladlarının imkansızlıqdan məktəblərə illərdir bilik günü (15 sentyabr) göndərə bilmədiklərini, həmin günü uşaqlar üçün bayram olsa da, heç bir zaman bu sevincli övladları yaşamadığnı qeyd ediblər. Onlar qeyd ediblər ki, bu il isə bu aksiya sayəsində övladları digər məktəblilər kimi, ilk gün məktəbə gedəcəklər. 

Aksiyanın təşəbbüsçüsü Ziya Rzayev qeyd edib ki, bu aksiya məktəblilər üçün artıq 3 ildir keçirilir.

 

 

 


Oxunma sayı: 5688

Oxşar yazılar