Son dəqiqə: Əfqanıstan prezidentinin iştirak etdiyi mitinqdə partlayış – Ən azı 24 ölü, 31 yaralı (Yenilənib/Foto)

  • 12:39 - 17 Sentyabr

Əfqanıstan prezidenti Əşrəf Qəninin iştirak etdiyi seçki mitinqində partlayış olub.

Avropa.info xəbər verir ki, rəsmi məlumata görə, partlayış Pərvan vilayətinin Cəngəl Bağ bölgəsində mitinq üçün toplaşan qələbəliyin arasında baş verib.

Prezidenti Qəninin mitinq ərazisində olub-olmaması məlum deyil. 

Reuters agentliyi terror aktında ən azı 14 nəfərin ölməsi barədə məlumat açıqlayıb.

Terror akınının məsuliyyətini hələ heç bir təşkilat öz üzərinə götürməyib. 

Qeyd edək ki, 28 sentyabrda Əfqanıstanda prezident seçkisi keçiriləcək.

***

Son məlumata görə, terror aktında ölənlərin sayı 24-ə, yaralıların sayı 31 nəfərə çatıb.

Regiondakı xəstəxana rəsmisi Əbdül Qasım Sangin “Qurbanların çoxu mülki vətəndaşlardır. Ölənlər arasında qadınlar və uşaqlar da var. Təcili tibbi yardım maşınları hələ də işləyir, həyatını itirənlərin sayı arta bilər”, deyib.

Prezident Əşrəf Qəninin səhhətinin yaxşı olduğu bildirilir.


Oxunma sayı: 5413

Oxşar yazılar