İŞİD terror təşkilatının rəhbəri Bağdadinin audioyazısı yayıldı – Yeni hədəflər göstərdi

  • 12:25 - 17 Sentyabr

İŞİD  terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadiyə məxsus olduğu iddia edilən 30 dəqiqəlik səs yazısı yayıb.

Avropa.info xəbər verir ki, terror təşkilatının lideri audioyazıda fərqli  yelərdə terror aktlarını törədəcəyini bildirir. Təhdid mesajında Mali və Dəməşqin adı keçir, lakin terror fəaliyyətləri ilə bağlı hər hansı tarix açıqlanmayıb. 

Audioyazıda Bağdadi olduğu iddia olunan şəxsin terror qruplaşması üzvlərinə həbsxanalarda saxlanılan İŞİD üzvlərinin və qadınların azad olunması üçün əllərindən gələn hər şeyi etmələri çağırışı edilib.

İddia təsdiq olunarsa, audioyazı aprel ayından bu yana Bağdadinin ikinci mesajı olacaq. Xatırladaq ki, Bağdadi 5 il fasilədən sonra ilk dəfə aprel ayında kamera qarşısına çıxaraq təbliğat videosu yayımlamışdı. 


Oxunma sayı: 5138

Oxşar yazılar