Putinin Ərdoğan və Ruhani ilə görüşü niyə uzun çəkdi? – Peskov açıqladı

  • 11:55 - 17 Sentyabr

Kremlin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyə prezidenti Ərdoğan və iranlı həmkarı Ruhani ilə ikitərəfli görüşünün planlanan vaxtdan uzun çəkməsinə aydınlıq gətirib.

Avropa.info xəbər verir ki, Peskov suala “Məsələlərin aktuallığı və bu anın məsuliyyəti ilə bağlıdır. Əlbəttə, bir çox şey bu görüşə və prosesin davamlılığına təsir edir” cavabı verib.

Jurnalistlər Putinin İdlibdəki terrorçulara qarşı mübarizədə əlavə addımlar atılması ilə bağlı açıqlamasının regionda birgə əməliyyat keçirilməsi mənasına gəlib-gəlməməsi ilə bağlı sual veriblər. Peskov suala “Xeyr” cavabı verib.

“Məsələ budur ki, İdlibin böyük hissəsi BMT TŞ tərəfindən terrorçu kimi tanınan qrupların nəzarəti altındadır. Atəşkəs terrorçuları  əhatə etmir, onlara qarşı mübarizə davam edəcək” – Peskov belə deyib.


Oxunma sayı: 6392

Oxşar yazılar