İmişli məktəblərində "Bilik Günü" təntənəli olaraq qeyd olunub - Fotolar

  • 23:03 - 16 Sentyabr

Sentyabrın 16-da “Bilik günü” İmişli rayonunun bütün ümumi təhsil məktəblərində təntənəli olaraq qeyd olunub. 

Avropa.info xəbər verir ki, bayram tədbirlərində rayon Təhsil şöbəsinin əməkdaşları, İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər.

Tədbirlərdə məktəb rəhbərləri çıxış edərək ötən dərs ilində əldə edilən uğurlardan və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.

Bayram tədbirlərində iştirak edən RTŞ-nin əməkdaşları yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, müəllimləri, valideynləri və birinci sinfə ilk qədəmlərini qoyan birinciləri təbrik edib və onlara təhsillərində uğurlar arzulayıblar.

Qeyd edək ki, rayon təhsil şöbəsinin tabeliyində 57 tam orta, 3 ümumi orta, 2 ibtidai məktəb fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində İmişli rayonunun ümumtəhsil məktəblərində yaradılmış 79 məktəbəhazırlıq qruplarında 1490 nəfər uşaq, birinci siniflərdə 1588-dən çox şagird, 9-cu siniflərdə 1318 və 11-ci siniflərdə 954 nəfər şagird, ümumilikdə isə 17708 nəfər şagird rayonun ümumi təhsil müəssisələrində təhsil alacaq.

2019-2020-ci dərs ilinin ilk məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.


Oxunma sayı: 5600

Oxşar yazılar