Neftçalada baş verən yol qəzasında bir nəfər ölüb

  • 21:35 - 16 Sentyabr

Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.
Ələt-Astara magistral avtomobil yolunun Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Astara rayon sakini Əliağa Cəfərovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sürücünün həyat yoldaşı isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İlkin ehtimala görə, qəza sürücünün ürək tutması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3323

Oxşar yazılar