Ankarada Bakının işğaldan azad olmasının ildönümü münasibətilə konsert olub

  • 16 Sen - 2019

Ankarada Bakının 15 sentyabr 1918-ci ildə bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibətilə təntənəli konsert proqramı keçirilib.

Tdbirdə çıxış edən TRT-nin sədri İbrahim Eren bildirib ki, Bakının azadlığının rəhbərlik etdiyi qurumun təşkilatçılığı ilə qeyd olunması artıq ənənəyə çevrilib. 

Mərasimdə TRT-nin Azərbaycanın istiqlal şairi Əhməd Cavada həsr etdiyi filmin təqdimatı olub.

Azərbaycan və Türkiyənin incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edən gecə türkiyəli tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Proqram Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdı Qara dəniz” əsərinin səslənməsi ilə başa çatıb.


Oxunma sayı: 529

Oxşar yazılar