“Saudi Aramco” ehtiyat yataqların istismarına başlayır

  • 18:40 - 16 Sentyabr

Səudiyyə Ərəbistanın “Saudi Aramco” dövlət neft-qaz şirkəti ötən günlər neft sənayesi obyektlərinə dron hücumları nəticəsində neft hasilatının azalmasını tənzimləmək məqsədilə istifadəsiz yataqların istismarına başlayacaq.

Mənbələrin bildirdiyinə görə, şirkət bu məqsədlə istifadə olunmayan dəniz yataqlarındakı ehtiyatların bir qismini hasilata cəlb edəcək.

Bununla yanaşı, şirkətdə hasilatın əvvəlki səviyyəsinə qayıtmaq ehtimalının getdikcə daha bədbin dəyərləndirildiyi də qeyd olunur. Bundan əvvəl “Reuters” mənbələrə istinadən xəbər vermişdi ki, hasilatın əvvəlki həcminin bərpası üçün bir neçə ay lazım gələ bilər.

Xatırladaq ki, dünyanın ən iri neft hasilatçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanının neft obyektlərinə şənbə günü törədilmiş hücumlardan sonra hökumət 9,8 mln. barellik gündəlik hasilat həcmini 5,7 mln. barelədək azaltdıqlarını açıqlayıb.

“Saudi Aramco” şirkətinin müəssisələrinə dron hücumunun məsuliyyətini Yəməndəki husi qiyamçıları üzərlərinə götürsələr də, ABŞ-ın dövlət katibi Maykl Pompeo bununla bağlı İran hökumətini ittiham edib. İran XİN isə M.Pompeonun bəyanatının yalan olduğunu açıqlayıb.

“The Wall Street Journal” səudiyyəli rəsmilərə istinadən xəbər vermişdi ki, bazar ertəsinədək dron hücumları nəticəsində hasilat itkisinin üçdəbirini bərpa etmək niyyətindədirlər

 

 

 


Oxunma sayı: 6348

Oxşar yazılar