İnterpol xətti ilə tutulan şəxsə hökm oxundu

  • 18:00 - 16 Sentyabr

Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Əli Hüseynlinin cinayət işi üzrə məhkəmə başa çatıb.

APA -nın məlumatına görə, İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Hüseynli 5 il 5 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şirvan şəhər sakini, 23 yaşlı Əli Hüseynli 39 yaşlı "qanuni oğru", cinayətkar aləmdə "Rafet Əlibayramlinski" ləqəbi ilə məşhur olan Əmirov Rafet Əlirza oğlunun qardaşı Rüfət Əmirovun rəhbərlik etdiyi mütəşəkkil cinayətkar dəstənin üzvü olub.

Əli Hüseynli 2017-ci ildən axtarışda olub. O, bu ilin əvvəlində İnterpol xətti ilə tutularaq Azərbaycana gətirilib.

Ə.Hüseynli Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 221.3-cü (odlu silahdan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham edilib.


Oxunma sayı: 4005

Oxşar yazılar