Ərdoğan-Putin görüşü yekunlaşdı, heyətlər arasında görüş başladı - Foto

  • 17:28 - 16 Sentyabr

Türkiyə-Rusiya-İran üçtərəfli sammiti çərçivəsində Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Putin arasında görüş yekunlaşıb.

Avropa.info xəbər verir ki, Çankaya köşkündə mətbuat üçün qapalı keçirilən və 1,5 saat davam edən görüşdən sonra heyətlər arası danışıqlar başlayıb.

Kremldən verilən yazılı açıqlamaya görə, Rusiya heyətindən bu şəxslər görüşdə iştirak edir: xarici işlər naziri Sergey Lavrov, prezident müşaviri Yuri Uşakov, Ankara səfiri Aleksey Yerxov, energetika naziri Alkesandr Novak, müdafiə naziri Sergey Şoyqu və Kremlin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev.


Oxunma sayı: 5039

Oxşar yazılar