“KTMT-də müşahidəçi status almağı düşünmürük” - PA rəsmisi

  • 17:00 - 16 Sentyabr

Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi status almağı düşünmür.

Avropa.info xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev REAL TV-yə müsahibəsində bildirib.

“Bu, artıq Ermənistanda elə bir fobiya olub ki, Azərbaycanın rəsmi müraciəti olmadan da İrəvanda bu məsələni müzakirəyə çıxarırlar”.

H.Hacıyev, qeyd edib ki, Azərbaycanın Ermənistan istisna olmaqla, bütün KTMT-yə üzv olan ölkələrlə dostluq və tərəfdaşlıq, o cümlədən hərbi və hərbi-texniki sahədə sıx münasibətləri mövcuddur.

O, yaxın perspektivdə rəsmi Bakının təşkilatda iştirak məsələsini nəzərdən keçirmədiyini, lakin Azərbaycanın KTMT-nin fəaliyyəti və təşkilatda müzakirə edilən məsələləri yaxından izlədiyini bildirib.


Oxunma sayı: 3994

Oxşar yazılar