"Türk-American Medical Center" Bakının azad edilməsi ilə bağlı tibbi xidmət aksiyası keçirib – Fotolar

  • 16:40 - 16 Sentyabr

Bakıdakı "Türk-American Medical Center" sosial proqram çərçivəsində AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının işçiləri üçün tibbi xidmət aksiyası keçirib. 

Bu barədə Avropa.info-ya "Türk-American Medical Center"dən məlumat verilib.

14 sentyabrda keçirilmiş aksiya Türk-İslam Ordusunun Bakını azad etməsinin 101 illiyinə həsr olunub. Öncə kollektivin üzvləri Şamaxı-Bakı yolundakı türk zabitinin məzarını ziyarət ediblər. 

Həkim heyətinə terapevt, kardioloq, ginekoloq, uroloq, ortoped, stomatoloq, ultrasəs, laboratoriya mütəxəssisləri və orta tibb işçiləri daxildir. Əvvəlcədən məlumatlandırılmış rəsədxana işçiləri peşəkar müayinə olunmuş və tövsiyələr verilib. 


Oxunma sayı: 13938

Oxşar yazılar