HDP-dən övladlarını tələb edən anaların aksiyasına iranlı ailələr də qoşuldu

  • 16:25 - 16 Sentyabr

Uşaqlarının dağa qaçırılmasına görə HDP-ni ittiham edən ailələrin partiyanın Diyarbəkir qərargahı qarşısında keçirdiyi etiraz aksiyası davam edir.

Avropa.info xəbər verir ki, 3 sentyabrda başlayan etiraz aksiyasına İrandan gələn 5 ailə də qoşulub. Uşaqları PKK-nın İran qolu PJAK-a qoşulan ailələr əllərində uşaqlarının fotolarını tutaraq HDP Diyarbəkir qərargahına gəliblər. Ailələr oturaq aksiyanı davam etdirirlər.


Oxunma sayı: 4412

Oxşar yazılar