Goranboyda məktəbin tavanı uçdu

  • 15:32 - 16 Sentyabr

Goranboy Rayon İcra Hakimiyyəti (İH) Boluslu kəndində orta məktəbdə baş verən hadisə ilə bağlı açıqlama verib.

Avropa.info xəbər verir ki, Goranboy rayon icra başçının birinci müavini Ceyhun Həsənov Trend-ə bildirib ki, hadisə ötən gecə baş verib:

"Orada əslində tavan deyil, sadəcə xırda bir taxta mismarlarından çıxaraq qopub. Hazırda hadisə baş vermiş otağın qapısı bağlıdır və şagirdlərin içəriyə girişi qadağan edilib".

C.Həsənov əlavə edib ki, məktəbin binası köhnədir və yaxın vaxtlarda məktəb üçün yeni korpus tikilərək şagirdlərin ixtiyarına veriləcək.


Oxunma sayı: 5457

Oxşar yazılar