Hulusi Akar İranın müdafiə naziri ilə görüşdü

  • 14:44 - 16 Sentyabr

Türkiyənin müdafiə naziri İran müdafiə naziri briqada generalı Əmir Xatəmi ilə görüşüb.

Avropa.info xəbər verir ki, Akar Türkiyədə rəsmi səfərdə olan Xatəmini hərbi mərasimlə qarşılayıb. İki ölkənin himnlərinin çalındığı mərasimdə İranlı nazir türk əsgərini türkcə salamlayıb.

Qarşılama mərasimindən sonra iki nazir arasında danışıqlar başlayıb. İran və Türkiyə nazirlərinin görüşündə regional məsələlər müzakirə olunacaq.


Oxunma sayı: 10297

Oxşar yazılar