Sahil qəsəbəsində "Məktəbə Qayıdış" adlı sosial xeyriyyə aksiyası keçirilib

  • 16 Sen - 2019

Qaradağ rayonu Sahil qəsəbəsi xeyirxah gəncləri bir araya gələrək, "Back To School 2" adlı Məktəbə Qayıdış münasibəti ilə sosial xeyriyyə aksiyası həyata keçiriblər.

Avropa.info xəbər verir ki, aksiyanın təşəbbüskarları Sahil qəsəbəsinin gəncləri və Qaradağ Gənclər Evidir. Onlar irəli sürdükləri "Məktəbə Qayıdış" adlı sosial xeyriyyə aksiyası çərçivəsində xeyirxah insanların maddi köməkliyi ilə 16 uşaq üçün məktəbli geyimi, 26 uşaq üçün məktəb ləvazımatları, 24 uşaq üçün məktəbli çatnası alınaraq sosial durumu zəif olan ailələrin məktəbə gedəcək övladlarına ianə ediblər.

Aksiyanın davamı Sahil qəsəbəsində yeni təmir olmuş "Abad Məhəllə"nin mərasim evində uşaqlar üçün müxtəlif şou proqramlar, rəqslər, musiqi, futbol, şahmat və intellektual yarışmalar keçirilib. Aksiya zamanı 40-dan çox uşağın saçı könüllü bərbərlər tərəfindən düzəldilib. Turnirin qaliblərinə diplomlar və müxtəlif hədiyyələr təqdim edilərək uşaqların sevincinə səbəb olub.

Təşkilatçılar bu aksiyanın davamlı olaraq hər il keçirilməsi qərarı qəbul edərək bu cür sosial xeyriyyə aksiyaların ictimaiyyətə və gələcək nəsillərə örnək olacağını bildiriblər.

Aksiyada göstərdikləri maddi və mənəvi dəstəyə görə Sahil qəsəbəsi sakinlərinə, Qaradağ Gənclər Evinə, Sahil Xidmətlər Mərkəzinə, Optimal Supermarketə, Sultans Parfume, Friends Lounge, Dekor Sahil, İnfo Tədris Mərkəzinə, Sahil Futbol Akademiyasına, Könüllü bərbərlər Ruslan, Ruhid, Sahil bəyə və o cümlədən fotoqraflar Əli və Müşviq bəyə təşkilatçılar tərəfindən təşəkkür çatdırılıb.


Oxunma sayı: 1090

Oxşar yazılar