Bu tanınmışların övladları “birinci” oldu - Foto

  • 14:08 - 16 Sentyabr

Bu gün birinci sinfə gedənlər arasında bir sıra tanınmışların da övladları var. 

Kult.az xəbər verir ki, bu il övladı birincilər sırasına qoşulanlardan biri müğənni Yaşar Yusubdur. Müğənni bu il oğlunu orta məktəbə yola salıb. 

Tanınmış aparıcı Vüsalə Əlizadənin qızı Dilək, ATV-nin tanınmış cütlüyü Zaur və Günay Baxşəliyevlərin qızı Dilavər, müğənni Emil Bədəlovun qızı Səadət, müğənni Asif Məhərrəmovun qızı Zəhra, tanınmış rejissor, aktyor Rəşad Kəsəmənlinin qızı, sevimli şair Nüsrət Kəsəmənlinin nəvəsi Əsma, Müğənni Samir Piriyevin oğlu Nicat, Aktyor Fərda Xudaverdiyevin kiçik oğlu Mətin, Murad Arif oğlu Mikada bu il birinci sinfə gedən şagirdlərin sırasındadır. 

Övladı birinci sinfə gedənlər sırasında tanınmış həmkarlarımız da var. Belə ki, Publika.az-ın baş redaktoru Aqil Lətifovun oğlu Hüseyn, Report-un redaktoru Pərviz Abbasovun oğlu Cəlil, Avropa.info-nun baş redaktoru Ruslan Bəşirlinin qızı Zeynəb də bu ilin “birinciləri”ndəndir.


Oxunma sayı: 12354

Oxşar yazılar