Bu ərazilərdə vulkan hər an püskürə bilər: ətrafdakı ailələr hələ də köçürülməyib

  • 12:32 - 16 Sentyabr

“Abşeron rayonunda Bozdağ-Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda isə Şıxzahırlı vulkanlarının bu ilin sonunadək püskürmə ehtimalı var”.

Bu sözləri Lent.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru, professor Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, Bozdağ-Qobu vulkanının ətrafında məskunlaşan 100-lərlə insan var:

“İllər əvvəl bununla bağlı bildirildi ki, sözügedən evlərin köçürülmə prosesinə başlanılacaq. Ancaq bununla bağlı heç bir dəyişiklik olmadı. İndi də evlər oradadır və yaşayış davam edir.

Vulkan püskürən zaman bədbəxt hadisələrin baş verməməsi üçün evlər vulkan əraziləri yaxınlığında tikilməməli, ən azı vulkan zonasından 1 kilometr aralıda inşa edilməlidir”.


Oxunma sayı: 4687

Oxşar yazılar