“YPG/SDQ-ni Suriya torpaqlarından çıxaracağıq” – Əsəd rejimi

  • 12:05 - 16 Sentyabr

Suriya XİN PKK terror təşkilatının Suriya qolu olan YPG-nin əsasını təşkil etdiyi SDQ ilə bağlı BMT-yə məktub göndərib.

Avropa.info xəbər verir ki, SDQ-ni “cinayətkar dəstələr” adlandıran rəsmi Dəməşq göndərilən məktubda “SDQ nəzarətində olan ərazilərdə de-fakto statusunu qəbul etdirmək istəyir. Koalisiya müttəfiqlərimizin dəstəyi ilə SDQ-nin əlindəki torpaqlarda nəzarəti bərpa edəcəyik” ifadələri işlədib.

SDQ-nin ABŞ və İsrailin layihəsi olduğunu qeyd edən Dəməşq hökuməti Suriyanın parçalanmasına icazə verməyəcəklərini icazə verməyəcəklərini və suverenitetlərini qoruyacaqlarını bildirib.


Oxunma sayı: 9747

Oxşar yazılar