Gələn ildən AMEA-da lisey fəaliyyət göstərə bilər

  • 11:49 - 16 Sentyabr

"Gələn ildən Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) lisey fəaliyyət göstərə bilər".

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə magistrantlarla görüşündə deyib.

Onun sözlərinə görə, akademiyada liseyin yaranması nəzərdə tutulan məsələlərdən biridir: "İstərdik ki, 10-11 ci sinif şagirdləri akademiyanın liseyinə qəbul olunsunlar. Güman edirəm ki, akademiyanın 75 illiyi ilə əlaqədar gələn ildən burada lisey fəaliyyətə başlayacaq".

A.Əlizadənin sözlərinə görə, gələn il martın 27-də akademiyanın 75 yaşı tamam olacaq. Ötən dövr ərzində AMEA-da möhtəşəm elmi məktəblər fəaliyyət göstərib, burada işləyən görkəmli alimlər dünya elminə töhfələr veriblər.


Oxunma sayı: 3609

Oxşar yazılar