Binəqədidə yol polisləri şagirdləri maarifləndirdi – Foto

  • 11:39 - 16 Sentyabr

Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar orta məktəblərdə maarifləndirici aksiyalar keçirib. 

Avropa.info xəbər verir ki, şöbə əməkdaşları Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış və maarifləndirici şüarlar əks olunan plakatları rayon ərazisindəki məktəblərin önünə vurublar. 

Yol polisi əməkdaşları müəlllimlər və valideynlərə təbliğat xarakterli söhbətlər aparıb. Yol hərəkəti qaydaları şagirdlərə izah edilib. Valideynlərə tövsiyə olunub ki, avtomobillərini məktəblərin önündə saxlamasınlar. 

Şagirdlərə yol polisi tərəfindən hazırlanmış maarifləndirici kitabçalar, müxtəlif hədiyyələr verilib.  


Oxunma sayı: 3653

Oxşar yazılar