Ankarada Türkiyə-Rusiya-İran sammiti başlayır

  • 11:36 - 16 Sentyabr

Bu gün Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti baş tutacaq.

Avropa.info xəbər verir ki, Suriyada münaqişənin siyasi həlli üçün Astana prosesinin davam etdirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin Ankara görüşündə əsas müzakirə mövzusu İdlib, Rusiya və Əsəd rejimi bombardmanları ilə ortaya çıxan qaçqın dalğası.

TürkiyəABŞ ilə heç cürə razılaşdıra bilmədiyi “təhlükəsizlik zonası” ilə qaçqın dalğasının qarşısını almağa çalışırdı.

Türkiyənin Rusiya və İranla razılığa gələrək Suriyada atəşkəs və hücumları müşahidə etmək üçün qurduğu nəzarət məntəqələri bir müddətdir Əsəd rejimi qüvvələrinin hücumlarına məruz qalır. Ankarada baş tutacaq sammitdə qarant ölkələr Rusiya və İrana bu məsələnin çatdırılacağı bildirilir.


Oxunma sayı: 6084

Oxşar yazılar