“Reuters”: Nefti bir barelinin qiyməti 100 dollara qalxa bilər

  • 11:02 - 16 Sentyabr

Səudiyyə Ərəbistanı tez vaxtda neftin tədarükünü tam həcmdə bərpa edə bilməsə, neftin qiyməti bir barel üçün 100 dollara çata bilər.

Avropa.info xəbər verir ki, bu barədə analitiklərə istinadən “Reuters” agentliyi yazıb.

“Neftt tədarükü ilə bağlı problem yaxın zamanlarda həll edilməsə, neftin bir barelinin 100 dollaradək qalxmasının şahidi ola bilər” – “Onyx Commodities”ın baş direktoru Qreq Nyuman belə deyib.

Bu səhər dünya birjalarında Brent markalı neftin qiyməti 19% artaraq, bir barel üçün 71,95 dollar olub. WTI markalı neftin qiyməti isə 15% artaraq 63,34 dollara çatıb.

Qeyd edək ki, 14 sentyabrda neft obyektləri dronların hücumuna məruz qalan Səudiyyə Ərəbistanı neft hasilatını sutkada iki dəfə (5,7 milyon barel) azaltmışdı. Hücuma görə məsuliyyəti öz üzərinə Yəmən husiləri götürüb.


Oxunma sayı: 5567

Oxşar yazılar