Əliqismət Lalayev beynəlxalq tədbirdə iştirak edəcək

  • 10:02 - 16 Sentyabr

Bir çox müxtəlif nüfuzlu beynəlxalq teatr və musiqi festivallarında münsiflər heyətində ölkəmizi təmsil edən tanınmış rejissor Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əliqismət Lalayev daha bir beynəlxalq tədbirdə iştirak edəcək. 

Avropa.info xəbər verir ki, sentyabr ayının 23-dən 28-dək o, Qırğızıstanın Oş şəhərində keçiriləcək VII Beynəlxalq “ART – ORDO-2019” Teatr Festival çərçivəsində TURKSOY-a üzv ölkələrin teatr direktorları şurasının dönəm toplantısına qatılmaq üçün sentyabrın 22-də Qırğızıstana yola düşəcək. 

Tanınmış rejissor və teatr rəhbərinin iştirak edəcəyi bu toplantıda türkdilli dövlətlərin tеаtrları arasında qarşılıqlı mədəni münasibətlərin, yaradıcılıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq və lazımi qərarlar qəbul olunacaq. 


Oxunma sayı: 6293

Oxşar yazılar